şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

De Byazinin daha bir köməkçisi müəyyənləşdi

01.08.2020 15:17 Oxundu 659

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.

Cempion.az "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, Federiko Turrisiani də məşqçilər korpusunda yer alacaq. İtaliyalı mütəxəssis matçların analizi ilə məşğul olacaq.

Qeyd edək ki, Canni De Byazinin digər köməkçiləri Klaudio Belluççi, Benni Karbone və Arif Əsədovdur.