şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

“Fulhem” finalda

01.08.2020 19:04 Oxundu 577

İngiltərə Premyer Liqasına vəsiqə uğrunda pley-offun digər komandası da məlum olub.

Cempion.az xəbər verir ki, İlk görüşdə 2 cavabsız qolla qalib gələn “Fulhem” bu dəfə “Koventri”ni öz meydanında qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılıb. 2 dəqiqəyə 2 qol vurulub. Əvvəlcə qonaqlardan Körtis Nelson fərqlənib. Çox keçmədən meydan sahiblərindən Nesken Kebano tarazlığı bərpa edib.  
Fasilədən sonra daha dəqiq oynayan “Koventri” qələbə qolunu vurub. Li Tomlin mübarizəyə nöqtə qoyub. 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq iki oyunun nəticəsinə görə finala yüksələn “Fulhem” həlledici görüşdə “Brentford”la qarşılaşacaq.