cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Bu klublar Türkiyəni Avrokuboklarda təmsil edəcək

01.08.2020 20:37 Oxundu 677

Türkiyəni Avrokuboklarda təmsil edəcək klublar müəyyənləşib.

Cempion.az xəbər verir ki, turnir cədvəlini ikinci sırada tamamlayan ''Trabzonspor'' Türkiyəni Çempionlar Liqasında təmsil edə bilməyəcək. Buna səbəb isə ''fırtına''nın UEFA tərəfindən kluba qoyulmuş transfer qadağasına əməl etməməsi olub. ''Trabzonspor'' rəhbərliyinin İdman Arbitraj Məhkəməsinə (CAS) göndərdiyi şikayət isə qəbul olmayıb. Bu qərar isə ən çox ''Beşiktaş''a sərf edib. ''Bordo mavililər''in əvəzinə Çempionlar Liqasına ''qara qartallar'' yollanacaq.

Tükiyəni Avropada təmsil edəcək klublar:

''Başakşehir'' (Çempionlar Liqası)
''Beşiktaş'' (Çempionlar Liqası 3-ci təsnifat mərhələsindən)
''Sivasspor'' (UEFA kuboku)
''Alanyaspor'' (UEFA kuboku təsnifat mərhələsindən)
''Qalatasaray'' (UEFA kuboku təsnifat mərhələsindən)