şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

''Fənərbağça''nın yeni hədəfi

02.08.2020 11:17 Oxundu 487

Türkiyənin ''Fənərbağça'' klubu heyyətini hücumçu ilə gücləndirmək istəyir.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ''sarı-lacivərtlilər'' ''Frankfurt''da forma geyinən niderlandlı hücumçu Bas Dostu ilə yaxından maraqlanır. Xəbərdə.
Superliqa klubunun ''Frankfurta'' 10 milyon avro ödəməyə hazır olduğu bildirilir. ''Fənərbağça'' tərəfi Bundesliqa klubuna təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Dost bu mövsüm Almaniya təmsilçisi ilə 18 oyuna çıxıb. Toplamda ''Frankfurt''la 29 oyuna çıxan oyunçu 10 qolla yadda qalıb.