çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Droqba Futbol Federasiyasına namizədliyini verdi

02.08.2020 16:50 Oxundu 481

"Çelsi"nin keçmiş hücumçusu Didye Droqba Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb.

Cempion.az xəbər verir ki, 41 yaşlı veteran hücumçu açıqlamasında bu barədə deyib: "Futbolumuz yaxşı yerə getmir. Fil Dişi futbolunun yenidən doğulmasına kömək üçün mən və komandam hazırıq".

 Fil Dişi Sahilinin keçmiş kapitanı seçkidə indiki prezident Auqustin Sidi Diallonu devirmək istəyir.

 Qeyd edək ki, Droqba 105 dəfə yığmada çıxış edib və 65 qol vurub.