cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Bavariya"ya qarşı oynamayacaqlar

02.08.2020 18:05 Oxundu 488

"Çelsi"nin futbolçuları Kristian Pulişiç və Sesar Aspilikueta Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab oyununu buraxacaqlar.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Frank Lempard məlumat verib. O, sözügedən oyunçuların İngiltərə Federasiya kubokunun finalında "Arsenal"la matçda zədələndiyini bildirib.

Qeyd edək ki, "Bavariya" - "Çelsi" görüşü avqustun 8-u keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada Münhen təmsilçisi 3:0 hesabı ilə qalib gəlib