şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

''Qalatasaray''ın yeni hədəfi

07.08.2020 13:45 Oxundu 622

Türkiyənin ''Qalatasaray'' klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Cempion.az ''Leopardsactu'' nəşrinə istinadən xəbər verir ki, Onyakurunu ''Monako''ya göndərən İstanbul nəhəngi onun yerini doldurmaq istəyir. ''Qalatsaray'' Fransa klubunda forma geyinən gənc cinah oyunçusu Antoni Musabanı heyətinə cəlb etmək istəyir. İlk olaraq Türkiyə təmsilçisi futbolçunu ''Monako''dan icarə əsasında transfer etməyə çalışacaq.

Xəbərdə bildirilir ki, Fransa təmsilçisi gələn təklifləri dəyərləndirəcəklərini bildiriblər.

Qeyd edək ki, niderlandlı futbolçu ilə Fransanın ''Metz'' və ''Az Alkımar'' klublarıda yaxından maraqlanır.