cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Türkiyəli futbolçu  ''Barselona'' yolunda

07.08.2020 14:30 Oxundu 537

İspaniyanın ''Barselona'' klubu Türkiyə millisinin üzvü ilə maraqlanır.

Cempion.az NTV Spor-a istinadən xəbər verir ki, bu mövsüm ''Lester Siti''də uğurlu mövsüm keçirən Çağlar Söyüncü İspaniya klubunun hədəfindədir. 24 yaşlı müdafiəçi üçün İngiltərə klubu ilə danışıqlara başlayan ''Barselona'' klubu qarşı tərəfi razı salsa, Söyüncü gələn mövsümdən Kataloniya kılubunun şərəfini qoruyacaq. Türkiyəli futbolçu üçün ispanlar ''Lester''ə 40 milyon avro təklif edib.

Qeyd edək ki, İngiltərə təmsilçisi Söyüncünü ''Frayburq''dan 21 milyon avroya transfer edib.