cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Təmsilçilərmizin rəqibləri məlum oldu

10.08.2020 15:46 Oxundu 604


Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Cempion.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə" və "Sumqayıt"ın da rəqibi bəlli olub.

"Neftçi" Şimali Makedoniyanın "Şkupi, "Keşlə" Albaniyanın "Laçi”, avrokubokların debütantı “Sumqayıt” isə Şimali Makedoniyanın "Şkendiya" klubuna rəqib olub. Hər üç komandamız bir oyundan ibarət bu mərhələdə rəqibi ilə evdə üz-üzə gələcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.