çərşənbə axşamı, 22 sentyabr 2020

BİZİM FUTBOL

Ayxan Abbasovdan açıqlama

10.08.2020 16:21 Oxundu 326

“Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan 4 potensial rəqibləri demək olar ki, analiz etmişdik".
 
Cempion.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında Şimali Makedoniyanın "Şkendiya" klubunun çox güclü heyətə malik olduğunu bildirib: "Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Olduqca güclü heyətə malikdirlər. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür. Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq. Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, "Sumqayıt" bir oyundan ibarət bu mərhələdə rəqibini evdə qəbul edəcək. Görüş avqustun 27-də keçiriləcək.