cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

"Liverpul" yeni futbolçu ilə razılığa gəlib

10.08.2020 18:14 Oxundu 510

"Liverpul"  "Olimpiakos"un futbolçusu ilə heyətini gücləndirib.

Cempion.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, "qırmızılar" Yunanıstan "Olimpiakos" klubunun sol cinah müdafiəçisi Kostas Çimikası transfer edib. Mersisaydlılar bu keçid üçün Afina təmsilçisinə 11,75 milyon funt-sterlinq təzminat ödəyib.

Yunanıstan millisinin üzvü 2014-cü ildən "Olimpiakos"da çıxış edirdi.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 46 oyunda 7 məhsuldar ötürmə edib.