bazar, 03 may 2026

BİZİM FUTBOL

U-17 uduzdu

08.08.2016 11:22 Oxundu 297

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ilk oyununu keçirib. İranın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 9-da çıxacaq. Tacikistan yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.