çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Gənc futbolçu "İnter"i seçdi

13.08.2020 17:25 Oxundu 469

"İnter" B Seriyasına düşən "Breşiya"nın yarımmüdafiıçisi Sandro Tonalini transferini tamamlayıb.

Cempion.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu İtaliyanın digər iddialı klublarından da təklif alıb, ancaq o, Milan təmsilçisini seçməyə qərar verib.

 "Göy-qaralar" Avropa Liqasındakı çıxışını başa vurduqdan sonra italiyalı oyunçunun transferini açıqlamağı planlaşdırır. Bu keçid üçün "İnter" 35 milyon avro təzminat ödəməyi qəbul edib. Tonalinin illik maaşı 3,5 milyon avro olacaq.

 Qeyd edək ki, gənc futbolçu ötən mövsüm A Seriyasında keçirdiyi 35 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə edib.