08.08.2016 15:58
304
304
Avrokubokların III təsnifat mərhələsindən sonra dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb. “Qarabağ”ın baş məşqçisinin - Qurban Qurbanovun hesabında 1250 xal var. 44 yaşlı mütəxəssis siyahıda 517-ci yerdədi.Ölkəmizin daha bir klubunun çalışdırıcısı da siyahıda yer alıb. Bu, “Qəbələ”ni çalışdıran ukraynalı mütəxəssis Roman Qriqorçukdu. 1103 xala malik 51 yaşlı çalışdırıcı 566-cı pillədə yer alıb.Cədvələ 18 min 112 xalı olan ispaniyalı Luis Enrike (“Barselona”) başçılıq edir. Onu həmyerlisi Xosep Qvardiola (“Bavariya”) izləyir – 14 min 225 xal. 3-cü pillədə argentinalı Dieqo Simeonedi (“Atletiko”) – 13 min 514 xal.