çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Mançini yol üstədir

08.08.2016 16:11 Oxundu 260

Yaxın günlərdə Mançini "İnter"in baş məşqçisi postundan istefa verəcəyini bəyan edəcək. Bu barədə məlumatı "Sky Sport İtalia" nəşri verib. Buna səbəb Mançininin "İnter" rəhbərliyi ilə yola gedə bilməməsidir. Mançini özü də bununla bağlı yayılan məlumatları təsdiq edib. Onun sözlərinə görə, klub rəhbərliyi yay transfer dövründə komandanı gücləndirmək üçün ciddi addınlar atmayı. Buna paralel olaraq "İnter"in ən yaxşı oyunçularının bəziləri, o cümlədən ötən il İtaliya çempionatının bombardiri olan İquain satılıb. Mançini belə vəziyyətdə klubla yeni mövsümdə uğur qazanmağın asan olmayacağını bildirərək tutduğu vəzifəsindən istefa vermək qərarına gəlib.

Xatırladaq ki, ötən il "İnter" Mançininin rəhbərliyi altında çempionatda 4-cü yeri tutmuşdu. Mançini istefa verəcəyi təqdirdə isə onu Hollandiyanın "Ayaks" komandasının baş məşqçisi Frank de Burun əvəz edəcəyi gözlənilir. Bununla bağlı mətbuata açıqlama verən Frank de Bur Mançininin yerinə "İnter"in baş məşqçisi olmağa hazır olduğunu bəyan edib.

Hazırladı: Əziz Mustafa