565
İspaniya yığma komandasının keçmiş baş məşqçisi Visente del Boske komandasının Avropa çempionatında uğurusluğunun səbəblərinə aydınlq gətirib. O, son Avropa çempionatında uğursuzluğa səbəb kimi "Real" Madrid və "Barselona"dan yığma komandaya çağrılan oyunçuların yola getməməsini göstərib. Boske: "Real" və "Barselona" oyunçuları arasında rəqabətdən doğan düşmənçilik var. Bu da yığmada onlar arasında qarşıdurmaya gətiirb çıxardı. Bu iki komandanın oyunçuları arasında nəinki meydanda, hətta soyunub-geyinmə otağında belə qarşıdurma qarşılıqlı nifrət davam edirdi. Bu da yığma komandamızın arzu edilən səviyyədə göstərməsinə imkan vermədi. "Rea" və "Barselona"nın oyunçuları bundan ən çox özlərinin itirdiklərini anlayıblar", - deyib.
Boske belə hesab edir ki, "Real" və "Barselona"dan olan yığma komandanın oyunçuları arasında qarşıdurmaya son qoyulmasa, onda İspaniya yığması bir daha dünya və Avropa çempionatlarında qalib gələ bilməyəcək.
Hazırladı: Əziz Mustafa