çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Rüstəm Orucov yarımfinalda...

08.08.2016 18:59 Oxundu 324

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. 73 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü Rüstəm Orucov mübarizəyə 1/16 final mərhələsindən start verib. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.O, 1/8 finalda avstraliyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib. Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib.Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvari ilə görüşüb. Vazari xalı ilə qələbə qazanan Orucov finalın bir addımlığındadı.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.