cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Hakimi döydü, məhkəməlik oldu

15.09.2020 13:16 Oxundu 396

Moskva polisi həvəskar komandaların oyunu zamanı Rusiya millisinin keçmiş futbolçusu Roman Şirokov tərəfindən döyülən hakim Nikita Dançenkovun iddiası ilə cinayət işi açıb.
“Cempion.az” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib.
Mənbənin məlumatına görə,istintaqın nəticələrinə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 115-ci maddəsi (" Qəsdən sağlamlığa az ağır zərər vurma ") ilə cinayət işi başlanıb.
Bu maddəyə görə, keçmiş futbolçunu 40 min rubla qədər cərimə və ya 480 saat məcburi əmək, ya da bir il islah işləri və ya dörd ay həbs cəzası ilə üzləşir.
Hadisə 10 avqustda “Spartak” Akademiyasının stadionunda “Match TV” komandasının iştirakı ilə keçirilən oyunda baş verib. Şirokov qırmızı vərəqə aldıqdan sonra hakimi döyüb.