şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

AFFA “Qəbələ”dən daha 800 manat geri aldı

15.09.2020 14:35 Oxundu 382
 
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın II turu ilə bağlı qərarlar qəbul edilib. 
 
“Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunub.  
Bundan başqa, “Qarabağ” klubu stadiona gələrkən gecikdiyi üçün daha 800 manat cərimə olunub. 
“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 5 nömrəli futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub isə 200 manat cərimə olunub.
 
“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
“Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 14 nömrəli futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.
 
“Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.