cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Rüfət Dadaşov həftənin rəmzi komandasında

16.09.2020 10:52 Oxundu 420


Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb. 

"Finiks Rayzinq" klubunda çıxış edən hücumçumuz buna XII turda "Las-Veqas Layts"ı məğlub etdikləri matçdakı oyununa görə nail olub. 

Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb. 

Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir. 

Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.