cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Qalatasaray” sabah bu heyətlə oyuna çıxacaq

16.09.2020 13:20 Oxundu 561


Türkiyənin “Qalatasaray” klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah “Neftçi” ilə qarşılaşacaq.

Cempion.az “Fotomaç”a istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın paytaxt təmsilçisi ilə görüşdəki təxmini 11-liyi məlum olub. “Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Neftçi” ilə oyunda Arda Turan, Falkao və Kristian Luyindamaya istirahət verəcək.

Xatırladaq ki, sabah Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

“Qalatasaray”ın təxmini 11-liyi: Fatih Öztürk, Omar, Donk, Markao, Saraççi, Taylan, Belhanda, Babel, Emre Kılınç, Fequli, Diane.