cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Abdurrahim Albayrak: "İki qardaş komanda üz-üzə gələcək"

16.09.2020 14:39 Oxundu 390


"İki qardaş ölkənin qardaş komandası üz-üzə gələcək".

Bunu Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib. 

Klub rəsmisi növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib: "Allahın köməyi ilə mərhələni keçib, Türkiyəyə qayıdacağıq". 

Albayrak komandada yeni oyunçuların olduğunu sözlərinə əlavə edib: "Hazır olmayan futbolçular var. Radamel Falkao, Arda Turan, Taylan Antalyalı və bir çox oyunçu mövsümə yaxşı başlayıblar".

Vitse-prezident yeni transferlərin hələ ki, heyətə düşə bilmədiyini vurğulayıb: "Yeni transferlərimiz və komandadan gedənlər olacaq. Futbolçu almaq qədər satmaq da önəmlidir, əlimizdən gələni edirik". 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.