cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Rafael Ağayevin döyüşü son 10 ilin ən yaxşı döyüşləri arasında

22.09.2020 14:31 Oxundu 397




“CEMPİON.AZ”
xəbər verir ki, Fransanın paytaxtı Parisdə 2012-ci ildə keçirilmiş karate üzrə dünya çempionatının maraqlı anları paylaşılıb.

Ümumdünya Karate Federasiyasının (WKF) saytı son 10 ildə ən maraqlı döyüşlər seriyasını təqdim edir. Bunun üçün 2010, 2012, 2014, 2016 və 2018-ci illərdə keçirilmiş dünya çempionatlarına nəzər yetirilir.

2012-ci ildəki dünya çempionatında keçirilmiş maraqlı döyüşlər arasında beşqat dünya çempionu Rafael Ağayevin final döyüşü də var. R.Ağayev həmin döyüşdə italiyalı rəqibi Luici Buzaya hakimlərin rəqibə qələbəni verməsi səbəbindən uduzmuşdu. Həmin maraqlı görüntülər sentyabrın 25-də WKF-in “YouTube” versiyası vasitəsilə göstəriləcək.