301
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edib. 73 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü Rüstəm Orucov mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.O, 1/8 finalda avstraliyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib. Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib.Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvari ilə görüşüb. Vaza-Ari xalı ilə qələbə qazanan Orucov finalın bir addımlığındadı. Yarımfinal mərhələsində israilli Saqi Muki ilə mübarizə aparıb. Gərgin keçən döyüşdə rəqibini yuka xalı ilə yenən idmançımız finala yüksələrək həm də ilk medalımızı təmin edib.
Finalda cüdoçumuzun rəqibi yaponiyalı Şohei Ono olacaq. R.Orucov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.