cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Biz futbol meydanında yenilsək də...”

11.10.2020 19:12 Oxundu 1201



Millətlər Liqası çərçivəsində Azərbaycan yığma komandası De Byazinin rəhbərliyi altında Monteneqro ilə üz-üzə gəlib. Qrupda keçirdiyi ilk iki qarşılaşmada rəqiblərinə şans verməyən meydan sahibləri bizimkiləri heç də qonaqpərvərcəsinə qarşılamadı. Artıq 9-cu dəqiqədə monteneqrolular qapımıza ilk qolu vurdular. Torumuzu silkələyən Yovetiç əbəs yerə lider olmadığını göstərdi. Azərbaycan millisi isə ilk hissə də yalnız top gəzdirməklə məğul oldu. Fasilədən sonra futbolçularımız az da olsa üstün oynmağa çalışdılar. Ancaq bir nəticə hasil olmadı. Əvəzində İvanoviç 71-ci dəqiqədə ikinci dəfə torumuzu silkələdi. Bizim ağır artileriyamız isə hələ də rəqib mövqelərini dəqiq tapa bilmirdi. Üstəlik müdafiəmiz də rəqibin hücumlarına adekvat deyildi. 90 dəqiqə ərzində millimiz bir dəfə də olsun Balkan təmsilçisinin qapısına dəqiq zərbə endirə bilmədi. Bir cümlə ilə desək, zəif müdafiə, dişsiz hücum və çarəsiz yarımmüdafiə, qapıdan isə, ümumiyyətlə, danışmasaq yaxşı olar.
 
Sonda iki cavabsız qolla məğlub olduq. Bəlkə də bu, gözlənilən idi. Çünki, AFFA-nın millisi ilk oyunda Bakıda Lüksemburqa məğlub oldu. Ardınca səfərdə bir qolla Kiprı məğlub elədi. Səfər qələbəsindən sonra hər kəs ən azı Monteneqroya məğlub olmayacağımızı düşünürdü. Ancaq həmişə olduğu kimi bu dəfə də əksi oldu.
Ən təsirlisi isə odur ki, Monteneqro millisinin qapıçısı Andrija Draqojevic millimizi məğlub etdikdən sonra öz "İnstagram" səhifəsində Ermənistana dəstək olduğunu bildirib. Biz onsuz da yığma komandamızın məğlubiyətlərinə öyrəşmişik. Bu, artıq ənənə formasını alıb. Ancaq bizim futbolçuların üzərində qələbə qazanan rəqibin əzəli və əbədi düşmənimiz olan ermənilərə dəstək olması, onlara uğur arzulaması qəbul edilməzdir. Düşmənimizə uğur arzulamaq, bizə ölüm arzulmaqdır! Hər kəs bilməlidir ki, biz futbol meydanında yenilsək də döyüş meydanında parlaq qələbə qazanacağıq!

Qasım Xuluflu