09.08.2016 10:25
298
298
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Höteborq” qarşılaşmasının başlama vaxtı açıqlanıb.Avqustun 25-də keçiriləcək cavab oyunu saat 20:30-da başlayacaq. Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qeyd edək ki, “Qarabağ”la “Höteborq” arasında ilk oyun avqustun 18-də keçiriləcək. Höteborqun “Qamla Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.