şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

17 penalti, 12 qol

18.10.2020 16:59 Oxundu 491


İngiltərənin “Mançester Yunayted” klubu qeyri-adi göstəriciyə imza atıb.

 “CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqanın ötən mövsümünün startından indiyədək “qırmızı-şeytanlar” 17 penalti zərbəsi qazanıb.
 
17-ci zərbə “Nyukasl”la 5-ci tutun matçına təsadüf edib. Bruno Fernandeş komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçda 11 metrlik nöqtədən dəqiq olmayıb.
 
Son 15 ayda 17-ci dəfə təyin olunan belə zərbələrdən 12-si qolla nəticələnib. Premyer Liqada “Mançester Yunayted”in bu göstəricidəki ən yaxın izləyicisi 5 penalti geri qalır.