09.08.2016 11:47
258
258
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ikinci oyununu keçirib. Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 2:2. Komandamızın qollarını Kamran Quliyev və Şakir Seyidov vurublar.
Futbolçularımız turnirdə növbəti oyununa avqustun 11-də çıxacaqlar. Rusiya-2 yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.