çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Klublar cəzalandırıldı

09.08.2016 11:51 Oxundu 328

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

Topaz Premyer Liqasının I turunun AZAL – “Neftçi” matçının 36-cı dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jayro Rodriges ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 36-cı dəqiqəsində AZAL klubunun 11 №-li futbolçusu Ruslan Nəsirli rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur(maddə 38.1).

Topaz Premyer Liqasının I turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun AZAL – “Neftçi” matçının 81-ci dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Səbuhi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).