çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Ustalıq çatmadı ki, son nöqtəni qoyaq"

09.08.2016 12:08 Oxundu 303

Topaz Premyer Liqasının ilk turu çərçivəsində keçirilən “Qəbələ” – “Kəpəz” (2:0) oyunundan sonra “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini mətbuatla bölüşüb: “Biz oynadıq, “Qəbələ” qol vurdu. Oyun üstünlüyü bizdə idi. Qol vurmaq imkanlarımız oldu, lakin istifadə edə bilmədik. Oyuna görə narahat deyiləm, məni düşündürən futbolçularda qalib ruhunun olmamasıdı. Uduzuruq, amma kimsə pressinq etmir, tələsmir, problem budur. Düşünürəm ki, komanda bu gün yaxşı oyun göstərdi. Sadəcə, ustalıq çatmadı ki, son nöqtəni qoyaq. Qolu biz vurmalıyıq, amma bizə vururlar. Buraxılan hər iki qolda futbolçuların məsuliyyətsizliyi oldu, onların günahı var. Künc zərbəsi yerinə yetiririk rəqib 3-4 oyunçu ilə təkbətək çıxır. Bu artıq oyun nizam-intizamının pozulmasıdır. Müdafiə komanda hücum edəndə qurulur. Çempionat yeni başlayıb, irəli baxmaq lazımdır. Məncə, belə oynasaq turdan-tura daha yaxşı çıxış edəcəyik”.