şənbə, 28 noyabr 2020

BİZİM FUTBOL

Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik– Qurban Qurbanov

20.11.2020 14:44 Oxundu 193

"Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunur”.

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Bu gün 27 il sonra "Qarabağ"ın təmsil etdiyi Ağdam şəhəri və kəndləri işğalçı Ermənistan tərəfindən boşaldılaraq ordumuza təhvil verilib. Bununla bağlı fikirlərini bildirən komandanın çalışdırıcısı böyük qürurla Ağdamda oynayacaqları ilk oyunu gözlədiklərini qeyd edib: “İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.

Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm".