cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Emin Mahmudovun testi pozitiv çıxıb

20.11.2020 15:16 Oxundu 426

“Neftçi”nin kapitanı Emin Mahmudov yeni problemlə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, o, koronavirusa yoluxub.

Bugünlərdə həkim müayinəsindən keçən yarımmüdafiəçinin testi pozitiv çıxıb. Karantinə alınan komandanın lideri bir müddət yaşıl sahələrdən kənarda qalacaq.

Bu xəbər göstərir ki, Samir Abasov “Neftçi”nin sükanı arxasına keçər-keçməz, növbəti yalanını danışıb. Yeni baş məşqçi Mahmudovun zədədən əziyyət çəkdiyini iddia etmiş, son vaxtlar meydana çıxmamasının səbəbini bununla əlaqələndirmişdi.