cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

“Bavariya” qələbə qazana bilmədi

21.11.2020 23:57 Oxundu 387

"Bavariya" Bundesliqanın 9-cu turunda "Verder"i qəbul edib.

“CEMPİON.AZ” xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə hesabı 45-ci dəqiqədə qonaqların futbolçusu Maksimilian Eqqeşteyn açıb. Kingsli Koman isə 62-ci dəqiqədə bərabərlik qolunu vurub.

Qeyd edək ki, çempionatın turnir cədvəlinə 19 xalla "Bavariya" başçılıq edir. "Bayer" (Leverkusen) 18 xalla  2-ci, "Leyptsiq" isə 16 xalla 3-cüdür. Aktivində 11 xal olan "Verder" isə 9-cu pillədə qərarlaşıb.