cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Simeone “Atletiko” ilə ilk qələbəsini qazandı

22.11.2020 14:13 Oxundu 375


İspaniya La Liqasının X turunda “Barselona” ilə keçirilən oyun “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

“CEMPİON.AZ” xəbər verir ki, argentinalı mütəxəssis komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə tilsimi qırıb.

Bu, Simeonenin ölkə çempionatında “Barselona” üzərində ilk qələbəsi kimi tarixə düşüb. Dünənki qarşılaşmaya qədər madridlilər onun rəhbərliyi altında Kataloniya təmsilçisinə qarşı keçirdiyi 17 oyunun 11-də məğlub olub, 6-da heç-heçə edib.

Qeyd edək ki, hazırda “Atletiko” 20 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. “Barselona” isə (11 xal) 10-ci yerdədir.