çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Frank de Bur "İnter"də fəaliyyətə başladı

09.08.2016 13:18 Oxundu 278

"Ayaks"ın sabiq çalışdırıcısı Frank de Burun Milanın "İnter"inə baş məşqçi postuna gətirilməsi artıq təsdiqlənib. Bu barədə klubun mətbuat xidməti məlumat verib. 46 yaşlı Frank de Bur klubla üçillik müqavilə də imzalayıb. Məlumata görə, hollandiyalı mütəxəssis bu gün komandanı məşqə çıxaracaq.

Xatırladaq ki, Roberto Mançininin fəaliyyətindən məmnun qalmayan yeni rəhbərlik təzminat ödəyərək, onu istefaya göndərib. Roberto Mançini 2014-cü ildən bəri "İnter"i çalışdırıb.