552
Moreno Torriçelli
.jpg)
O, zavodda dülgər işləməklə yanaşı həvəskarlardan ibarət "Karateze" komandasında çıxış edirdi. 1992-ci ilin yayında bu komandanın heyətində "Yuventus"la keçirilən yoldaşlıq görüşündə o, məşqçi Trapattoninin diqqət mərkəzinə düşür. Nəticədə, "Yuventus" rəhbərliyi 40 min dollar ödəməklə onu "Karateze"den alıb. "Yuventus"un və İtaliya millisinin heyətində çıxış edən Torriçelli Çempionlar Liqasının qalibi olur. O eyni zamanda UEFA-nın kubokunu alır. Həmçinin qitələrarası kuboka və Avropa superkubokunu başı üzərində qaldırır. 3 dəfə isə İtaliya çempionatının qalibi olur.
Dimitri Paye
.jpg)
Gənclərdən ibarət "Nanta"nın heyətində çıxış edib. Bir ilə yaxın isə geyim mağazalarının birində məsləhətçi kimi çalışıb. İndi isə "Vest Hem"in heyətindədir. O, Parisdə keçirilən Avro-2016-nın ən yaxşı oyunçularından biri kimi tarixə düşüb.
Luis Suares
.jpg)
Yeddi uşağı olan anasına kömək məqsədilə Saltoda - Uruqvayda dalandar olub.
Futbolçu kimi isə Uruqvay millisinin tarixində ən yaxşı bombardir olub. "Barselona"nın heyətində Çempionlar Liqasında fərqlənib.
Aleks Ferguson
.jpg)
Kulinariyanın sirlərinə yiyələnib. İlyarım Qlazqodakı restoranların birində çalışıb. Üstəlik, gəmiqayırma tərsanəsində işləyib. İndi isə dünyanın ən tanınmış məşqçilərindən biridir.
Çarli Ostin

7 il tikintidə bənna kimi çalışıb. O, sonralar öz işi barədə belə deyib: "Səhər 6-da yuxudan durar və bir saata Bornmutdan Beysinqstoka iş yerimə gələrdim. Çətin idi. Xüsusilə qış aylarında çalışmaq daha dəhşətli idi".
İndi isə o, futbol aləminin tanınmışlarındandır. Məlumat üçün bildirək ki, KPR-in forvardı Çarli Ostin 2014-cü ilin son ayının ən yaxşı oyunçusu seçilib.
Yassin Bammu
.jpg)
O, bir müddət PSJ klubunun mağazasında çalışıb. Peşəkar futbola gəlməsini isə o, belə şərh edib:"PSJ-nin direktoru "Park de Prens"ə gələrkən həmişə mənimlə salamlaşardı. Bir dəfə mən ona klubun heyətində çıxış edə biləcəyimi söylədim. O güldü və soruşdu: "Sən doğrudanmı futbol oynayırsan?" Mən İbrahimoviçi, Bekhemi və başqalarını da stadionun koridorunda görürdüm".
Roberto Karlos
.jpg)
12 yaşından 14 yaşınadək toxuculuq fabrikində işləyib. Futbolçu kimi isə iki dəfə Braziliya, 4 dəfə İspaniya çempionu olub. 2002-ci ildə dünya çempionu sevincini yaşayıb.