cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

10 nömrəli forma geyinəcək

09.01.2021 18:50 Oxundu 412

“Fənərbaxça” ilə ilkin razılığa gələn Məsut Özilin yeni komandasında qazanacağı məbləğ müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, “Arsenal”la mövsümün sonuna qədər olan müqaviləsini pozmağa çalışan Almaniya millisinin sabiq üzvü İngiltərədəki qazancından qat-qat az alacaq.

“Topçular”da sözləşmənin ləğvi müqabilində 8 milyon avrodan imtina etməyə razı olan ulduz futbolçu “sarı-lacivərdlilər”də illk maaşı 3,5 milyon avro təşkil edəcək. Bundan başqa, Özilin iki reklam sponsoru və əlavə bonusları da olacaq.

“Fənərbaxça” ilə 3,5 illik sazişə qol çəkəcək 33 yaşlı pleymeykerin geyinəcəyi forma nömrəsi də bəllidir. Əslən Zonquldakdan olan Özil məmləkətinin avtomobil seriyası olan 67 nömrəsini daşıyacaq. Ancaq mövsüm bitdikdən sonra 10 nömrə ona həvalə ediləcək.

Qeyd edək ki, “Arsenal”a 2013-cü ildə “Real”dan keçən Məsut Özil cari mövsüm Premyer Liqa və avrokubok matçları üçün iştirak ərizəsinə salınmayıb.