cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Sumqayıt” “Zirə”ni məğlub etdi

10.01.2021 18:52 Oxundu 442

“Zirə” Azərbaycan Premyer Liqasında qış fasiləsindən istifadə edərək, bu gün yoxlama matçına çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, paytaxt klubu “Sumqayıt”la qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun "Sumqayıt"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"dan icarə əsasında "Zirə"yə keçən Musa Qurbanlı bu görüşdə debütünü edib. 18 yaşlı hücumçu 90+3-cü dəqiqədə fərqlənməyi də bacarıb. 

Həmçinin bu matç hər iki komandanın 2021-ci ildə ilk sınağı olub.
Qeyd edək ki, “Zirə” və “Sumqayıt” növbəti yoxlama matçını yanvarın 14-də keçirəcək. Bakı təmsilçisi “Qarabağ”la, “gənclik şəhəri” klubu isə “Qəbələ” ilə üz-üzə gələcək.

Əlavə edək ki, "Zirə" Premyer Liqanın turnir cədvəlində 20 xalla 3-cü, "Sumqayıt" isə 16 xalla 4-cüdür.

"Sumqayıt" - "Zirə" - 3:2
Qollar: İmamverdiyev, 7 (1:0), Volkov, 34 (1:1), İmamverdiyev, 37 (2:1), Hüseynov, 50 (3:1), Qurbanlı, 90+3 (3:2)