cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Draksler Premyer Liqada oynaya bilər

11.01.2021 19:46 Oxundu 408

Fransanın PSJ klubunun futbolçusu Yulian Draksler karyerasını İngiltərədə davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, Paris təmsilçisinin transferə çıxarmağa qərar verdiyi yarımmüdafiəçi “Lids”in maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisi futbolçunu icarəyə götürmək istəyir. “Lids” rəhbərliyi Drakslerin transfer qiymətini yüksək hesab edir. Belə ki, parislilərin oyunçu üçün 35-40 milyon avro istəyəcəyi gözlənilir.

Qeyd edək ki, Yulianın PSJ ilə müqaviləsi bu ilin yayında başa çatacaq.