şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Finalçılar bəlli oldu

14.01.2021 12:20 Oxundu 377

Libertadores kubokunda ikinci finalçı müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, Braziliyanın "Santos" klubu yarımfinalın ikinci görüşündə Argentina təmsilçisi
"Boka Xuniors"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Komandalar arasındakı ilk görüşdə qapılara qol vurulmamışdı.
"Santos" yanvarın 30-da keçiriləcək final matçında Braziliyanın digər klubu - "Palmeyras"la üz-üzə gələcək. Bununla da, tarixdə üçüncü dəfə Libertadores kubokunun finalında Braziliyanın iki təmsilçisi mübarizə aparacaq.