cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

De Byazi Mxitaryanı fərqləndirib

14.01.2021 12:54 Oxundu 382


Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Ermənistan yığmasının futbolçusu Henrik Mxitaryanı tərifləyib.

“CEMPİON.AZ” xəbər verir ki, İtaliyada TMW radiosuna açıqlamasında “Atalanta”nın yarımmüdafiəçisi Alexandro Qomesin keçə biləcəyi komandaları dəyərləndirən təcrübəli mütəxəssis “Roma”nın pleymeykerini xüsusi fərqləndirib.

Vətən müharibəsi dönəmində Azərbaycan mətbuatına açıqlaması zamanı Ordumuza dəstək nümayiş etdirən de Byazinin budəfəki fikirləri başadüşülən deyil.

Hər halda, bir neçə klubdakı pleymeykerin adını çəkən çalışdırıcı Mxitaryana çatanda onun barəsində geniş tərif deyib: “Qomesi harada görəcəyimi bilmirəm. Bu, asan deyil. Məsələn, “Roma”da Mxitaryan var, hansı ki, həmin rolu oynayır. “Yuventus”da bu mövqedə futbolçu çoxdur, “Napoli”də isə İnsinyeni görürəm. “Roma”dakı Mxitaryan qollar vurur, hər kəslə yaxşı münasibətdədir. Təbii ki, buna əlavə olaraq Qomesə sahib olmaq əlavə bir silahdır. Ancaq düşünürəm ki, “Atalanta” oyunçusunu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apardığı əsas rəqibinə satmayacaq”.