cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

PSJ Superkuboka sahib oldu

14.01.2021 13:26 Oxundu 368

Fransa Superkubokunun sahibi müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, həlledici matçda PSJ və "Marsel" komandaları qarşılaşıb. Lensdəki "Feliks Bolar" stadionunda keçirilən oyunda Paris təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

PSJ - "Marsel" - 2:1
Qollar: İkardi, 39, Neymar, 85-pen - Payet, 89

Beləliklə, Superkubokun sahibi Maurisio Poçettinonun baş məşqçisi olduğu komanda olub. Bu argentinalı mütəxəssisin məşqçilik karyerasındakı ilk kubokudur.

Qeyd edək ki, PSJ ardıcıl 8-ci dəfə Superkuboku qazanıb.