cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Özil Türkiyəyə nə vaxt gedir?

14.01.2021 14:23 Oxundu 463

“Fənərbaxça” “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin transferini yekunlaşdırmaq üzrədir.

“CEMPİON.AZ” xəbər verir ki, ulduz futbolçu ilə şəxsi müqaviləni razılaşdıran Türkiyə klubu londonlularla danışıqların son mərhələsindədir.

33 yaşlı pleymeykerin İstanbula yollanacağı tarix də artıq müəyyənləşib. Almaniya millisinin sabiq üzvünün həftəsonu səfərə yollanacağı və yanvarın 18-də tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə imzalayacaq.