çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Müdafiəçini “Liverpula” təklif etdilər

14.01.2021 16:26 Oxundu 356

“Arsenal”ın futbolçusu Sokratis Papastatopulos bu qış komandanı tərk edə bilər.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, “topçular” 32 yaşlı müdafiəçini komandada saxlamağı düşünmür və onu “Liverpul”a təklif edib.

“Liverpul” isə Vircil van Deyk və Co Qomesin mövsümün sonunadək oynamayacağı üçün müdafiə xəttində ciddi problemlər yaşayır. Buna görə də “mersisaydlılar" yunanıstanlı oyunçunun keçidinə müsbət yanaşır.

Qeyd edək ki, Papastatopulos 2018-ci ildən “Arsenal”da çıxış edir.