cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

“Barselona” futbolçunun transferini təxirə saldı

16.01.2021 15:25 Oxundu 375


İspaniyanın “Barselona” klubu Erik Qarsiyanın transferindən imtina edib.

“CEMPİON.AZ” xəbər verir ki, La Liqa təmsilçisi İngiltərə “Mançester Siti”sində çıxış edən müdafiəçini bu qış heyətinə qatmaq fikrindən daşınıb.

Klubun prezidenti vəzifəsini icra edən Karles Tuskets bu posta namizədlərlə müzakirələrdən sonra belə qərar verib. Namizədlərdən yalnız biri transferin tərəfdarı olubsa, ikisi əleyhinə çıxıb. Baş məşqçi Ronald Kuman futbolçunun transferində maraqlı olsa da, rəhbərlik onu yayda azad agent kimi heyətinə qatmağa üstünlük verib.

Qeyd edək ki, “Barselona” müdafiəçi ilə şəxsi müqavilənin detallarını öncədən razılaşdırıb.