cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Neymar: “Onlar bu şərhləri oxuyub, əsəbləşirlər”

16.01.2021 16:44 Oxundu 387

PSJ-nin futbolçusu Neymar sosial şəbəkələrdə onun haqqında yazılan fikirlər barədə danışıb.

“CEMPİON.AZ” xəbər verir ki, 28 yaşlı hücumçu bunları bölüşüb:

“Sosial mediya bir çoxlarının gəlib, səni mühakimə edə biləcəyi, sənə nifrət edə biləcəyi və ya həsət apara biləcəyi bir yerdir. Ona görə də insanların rəylərini ciddi qəbul etmirəm. Lazım olmayan şeylərə vaxt itirməyi sevmirəm. Ətrafımda yaxınlarım var: ailəm, dostlarım, komanda yoldaşlarım. Onlar bu şərhləri oxuyub, əsəbləşirlər.
İnsanların səni tanımadığı halda danışmaqları asandır. Ancaq əsl məni- əsl Neymarı ancaq ailəm, dostlarım yaxşı tanıyır. Futbol oynayanlar meydançada və xaricində nə baş verdiyini anlaya bilirlər. Digərləri bunu heç vaxt anlamayacaqlar”.