şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Mançester Yunayted” heyətini gücləndirir

20.01.2021 16:42 Oxundu 360


İngiltərənin “Mançester Yunayted” klubu müdafiə xəttini gücləndirməyə qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi Fakunda Medinanı heyətinə qatmaq istəyir.

Fransanın “Lans” klubunda çıxış edən 21 yaşlı argentinalı Mançester təmsilçisinin transfer siyahısında yer alıb. Klub rəhbərliyi Medina üçün 11 milyon funt sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Medina 2020-ci ildə “Talyeres”dən 3,15 milyona transfer olunub.