çərşənbə axşamı, 20 yanvar 2026

BOKS

Boksçularımız növbəti mərheləyə yüksəliblər

10.08.2016 09:48 Oxundu 8180

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub.

İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verib. O, çinli Zao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.

Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayıb. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verib. Təmsilçimiz irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirib. Hər üç raundda rəqibindən üstün olan Albert qələbə qazanaraq 1/4 finala yüksəlib.

Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vurublar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edib. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı İvan Diçko ilə qarşılaşacaq.