cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Qalatasaray” ölkə kubokunda çıxışını dayandırdı

11.02.2021 14:18 Oxundu 571

Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

“CEMPİON.AZ” xəbər verir ki, “Qalatasaray” evdə gözlənilmədən "Alanyaspor"a 2:3 hesabı ilə məğlub olub.

"Qalatasaray" - "Alanyaspor" - 2:3
Qollar: Mustafa Məhəmməd, 83, Jedson Fernandeş, 90+4 - Babakar, 30, 48, Salih Uçan, 41

Bununla da "Qalatasaray" ölkə kubokunda mübarizəni dayandırıb. "Alanyaspor" isə adını yarımfinala yazdırıb.
Qeyd edək ki, dünən evdə "Başakşehir"ə 1:2 hesabı ilə uduzan "Fənərbaxça" da ölkə kuboku ilə vidalaşıb.