şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Ayxan Abbasov:"Bilirdim ki, yorulacaqlar"

19.02.2021 21:25 Oxundu 376


"Bir xal bizim üçün önəmlidir. İki fərqli hissə izlədik".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, Höccət Haqverdinin zədə alması planları dəyişdi: "İrəlidəki futbolçular çox çalışdı. Bilirdim ki, yorulacaqlar. Futbolçulara arxaya oturmaq siqnalı vermək istəmirdik".